Şəhid Baxşəliyev Natiqin doğum günü münasibətilə məzarı ziyarət olunub
Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən müharibəsi şəhidi leytenant Baxşəliyev Natiq Saleh oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.
Crossmedia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, YAP Yasamal, YAP Nəsimi rayon təşkilatlarının və Yasamal rayon bələdiyyəsinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, 44 günlük Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Baxşəliyev Natiq Saleh oğlu şəhadətindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
09:45 07.07.2026
Oxunuş sayı: 76