3 müsəlman ölkəsi hərbi alyans üçün tarixi addım atır
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı bir illik danışıqlardan sonra müdafiə sazişi layihəsi hazırlayıb.
Crossmedia.az bu barədə Reuters-ə istinadən xəbər verir.
Pakistanın Müdafiə Sənayesi naziri Raza Hayyat Herrac bildirib ki, sənəd üç ölkə arasında hərbi əməkdaşlığı və kollektiv müdafiəni gücləndirməyi hədəfləyir.
Sazişin detallarına dair məlumatlar hələ açıqlanmayıb, lakin layihə regional təhlükəsizlik və hərbi inteqrasiyanın artırılmasına yönəlib.
21:56 15.01.2026
Oxunuş sayı: 2126