ABŞ göstəriş verdi: Venesuela nefti Karib adalarında saxlanacaq
Venesueladan yola çıxan neft tankeri Hollandiya Karib adası Kurasao limanına çatıb və burada ABŞ hökumətinin göstərişi ilə müvəqqəti saxlanacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Dünyanın iri ticarət şirkətləri "Trafigura" və "Vitol" nefti Kurasao və Bahamalardakı anbarlara daşıyacaq ,sonradan satışa çıxaracaq. Hazırda Venesuela sahilləri yaxınlığında dörd tanker var.
Ümumilikdə təxminən 4,8 milyon barrel neft Karibdəki saxlanma mərkəzlərinə yönləndiriləcək.
21:31 15.01.2026
Oxunuş sayı: 1416