Özbəkistan vətəndaşları xaricdə yüksək maaşlı işlərə göndəriləcək
Özbəkistanda vətəndaşları yüksək maaşlı işlərə göndərmək planı aktivləşdiriləcək; əsas istiqamətlər Avropa ölkələri, o cümlədən Şveçrə, Danimarka və Norveçdir.
Crossmedia.az xəbər verir ki, prezident Şavkat Mirziyoyev xaricdə iş imkanlarını artırmaq üçün səfirliklərə danışıqları intensivləşdirməyi tapşırıb.
Həmçinin ABŞ-də iş imkanlarını genişləndirmək istənilir.
Hər bir səfir indi yalnız iş yerləri tapmaqla deyil, vətəndaşların tələb olunan peşələr və xarici dillər üzrə təlimini təmin etməklə də məsul olacaq.
20:20 15.01.2026
Oxunuş sayı: 1581