Hindistanda şok hadisə: Yaşlı qadın öldükdən sonra dirildi
103 yaşlı Gangabai Savji Sakhare ölümü təsdiqləndikdən sonra dəfn hazırlıqları zamanı sağ olduğu məlum olub.
Hadisə Hindistanın Naqpur şəhərində qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, qadın iki ay yataqda qalmış, minimum qida və su ilə yaşamağa davam etmişdi və yanvarın 12-də heç bir həyat əlaməti göstərmirdi.
Ailəsi onun öldüyünü zənn etmişdi, lakin dəfn mərasiminə hazırlıq zamanı nəvəsi barmaqlarındakı hərəkəti görərək vəziyyətin fərqinə varıb.
20:01 15.01.2026
Oxunuş sayı: 1340