Özbəkistan sərhədlərini Bayraktar PUA-larla qoruyur
Özbəkistanın dövlət sərhədində Bayraktar tipli operativ-taktiki PUA-larla təchiz edilmiş yeni xüsusi bölmə döyüş növbəsinə başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölkə sərhədlərinin 42%-i videomüşahidə sistemləri ilə təmin olunub və min kilometrdən çox optik-lifli rabitə xətləri çəkilib.
Sərhəd qoşunları tam silah və sursatla təmin olunub, avtomobil vasitələrinin 98%, su vasitələrinin 88%, elektron-optik vasitələrin isə 78%-i təchiz edilib.
19:45 15.01.2026
Oxunuş sayı: 1916