Blokadaya son: Ermənistanı böyük logistika imkanları gözləyir
Ermənistan və ABŞ-nin TRIPP layihəsi üzrə birgə bəyanatı ölkəyə blokadadan çıxmaq və mühüm beynəlxalq logistika mərkəzinə çevrilmək imkanı verir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O vurğulayıb ki, sənəd Ermənistana, ABŞ-ə, qonşu ölkələrə və digər tərəfdaşlara fayda verir, eyni zamanda ölkənin suverənliyi, ərazi bütövlüyü və yurisdiksiyasına toxunmur.
Mirzoyan əlavə edib ki, layihənin yaşayış qabiliyyəti qarşılıqlı faydadan asılıdır və konspiroloji nəzəriyyələrin tərəfdarlarını kəskin tənqid edib.
19:20 15.01.2026
Oxunuş sayı: 1848