Zaxarovadan sərt mesaj: Finlandiyanın addımı cavabsız qalmayacaq
Rusiya Finlandiyanın mina konvensiyasından çıxmasına cavab verə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, bu addım regionda təhlükəsizlik balansına mənfi təsir göstərə və Rusiyanın milli təhlükəsizlik maraqlarına toxuna bilər.
19:11 15.01.2026
Oxunuş sayı: 1559