Müharibə təhlükəsi sovuşur: Tramp İrana hücumu təxirə saldı
ABŞ ilə İran arasında mümkün müharibə riski əhəmiyyətli dərəcədə azalıb.
Crossmedia.az “Financial Times”-a istinadən xəbər verir.
Ərəb hökumətləri hesab edir ki, intensiv diplomatik səylər ABŞ prezidenti Donald Trampı İrana zərbə endirmək planını təxirə salmağa razı salıb.
Məlumata görə, Tehranla aparılan təmaslar zamanı etirazçılara qarşı qətllərin dayandırıldığı və edam planlarının olmadığı təsdiqlənib. ABŞ hərbi hazırlıqları davam etdirsə də, danışıqlara vaxt verməyə üstünlük verir.
Eyni zamanda region ölkələri Vaşinqtona xəbərdarlıq edib ki, mümkün zərbə Fars körfəzində sabitliyi poza, həmçinin qlobal enerji qiymətlərinin kəskin artımına səbəb ola bilər.
19:07 15.01.2026
Oxunuş sayı: 1621