Vaşinqtondan Tehrana sərt xəbərdarlıq: Gəmidən qaçan siçovullar
ABŞ İran hakimiyyətinə qarşı sərt xəbərdarlıq edib və Tehrandan çıxarılan maliyyə vəsaitlərinin yaxından izlənildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ-nin maliyyə naziri Scott Bessent bildirib ki, ABŞ İrandan çıxarılan milyonlarla dollar vəsaiti diqqətlə nəzarətdə saxlayır. Onun sözlərinə görə, İran hakimiyyəti mövcud vəziyyətin yaxın zamanda sona çatacağını anlayır və sanksiyalardan yayınmaq məqsədilə maliyyə resurslarını ölkə xaricinə çıxarmağa çalışır.
Bessent qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi İran tərəfindən həyata keçirilən maliyyə köçürmələrini həm beynəlxalq bank sistemi, həm də rəqəmsal aktivlər üzərindən izləyir. Bildirilib ki, bu vəsaitlər dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən banklara və maliyyə institutlarına yönləndirilir.
Nazir vəziyyəti sərt ifadələrlə dəyərləndirərək, İran rəsmilərinin davranışını “gəmidən qaçan siçovullara” bənzədib. Onun sözlərinə görə, İran hakimiyyəti bu pulları uzun müddət gizlətmək və ya təhlükəsiz şəkildə saxlamaq imkanına malik olmayacaq.
Qeyd edək ki, bu açıqlama ABŞ ilə İran arasında artan gərginlik və sanksiya təzyiqləri fonunda səsləndirilib.
Kübra Musayeva
19:03 15.01.2026
Oxunuş sayı: 1899