Türkiyədən Paşinyana açıq dəstək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanın Baş Naziri Nikol Paşinyana dəstək verdiklərini açıqlayıb.
Onun sözlərinə görə, Paşinyan hazırda ictimai rəy sorğularında lider mövqedədir və Ankara onun tutduğu xətti müsbət qiymətləndirir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“Biz görürük ki, Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Onun oynadığı konstruktiv rolu həqiqətən dəstəkləyirik. Bu xətt və bu siyasi iradə davam etməlidir”, – deyə Fidan bildirib.
Açıqlama 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda diqqət çəkib.
18:57 15.01.2026
Oxunuş sayı: 1487