Kolumbiya prezidenti Qustavo Petro fevralın 3-də ABŞ prezidenti Donald Tramp ilə görüşəcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Petronun sözlərinə görə, danışıqların əsas mövzusu ABŞ ilə Kolumbiya arasında münasibətləri gərginləşdirən narkotik qaçaqmalçılığına qarşı mübarizə olacaq. O bildirib ki, görüş zamanı Vaşinqtonun bu sahədə irəli sürdüyü tələblər və mümkün əməkdaşlıq mexanizmləri müzakirə ediləcək.
Kolumbiya lideri vurğulayıb ki, onun əsas prioriteti ölkədə sosial və iqtisadi sabitliyin qorunması, eləcə də ABŞ tərəfindən səsləndirilən sərt ritorikanın mümkün mənfi nəticələrinin qarşısının alınmasıdır.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Kolumbiya hakimiyyətini narkotik istehsalını təşviq etməkdə ittiham edib və bu sahədə irəliləyiş əldə olunmayacağı təqdirdə güc tədbirlərinə əl atılmasının mümkünlüyünü istisna etməyib. Bu açıqlamalar iki ölkə arasında münasibətlərdə gərginliyi daha da artırıb.
Kübra Musayeva