İsrail ordusu döyüş hazırlığı rejiminə keçib
İsrail ordusu İsrail Müdafiə Qüvvələrinin bütün bölmələrində İrana qarşı müdafiə tədbirlərini gücləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu addım ABŞ-nin İrana mümkün hərbi zərbələr endirəcəyi ilə bağlı yayılan xəbərlər fonunda atılıb.
İsrail Müdafiə Qüvvələrinin sözçüsünün açıqlamasına görə, ordu regionda, xüsusilə İranda baş verən prosesləri yaxından izləyir. Bildirilib ki, Baş Qərargah rəisi bütün hərbi bölmələrdə müdafiə qabiliyyətlərinin artırılması barədə göstəriş verib.
Sözçü vurğulayıb ki, hazırkı mərhələdə İsrailin müdafiə siyasətində hər hansı dəyişiklik yoxdur və ictimaiyyət yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməlidir.
Qeyd edək ki, bu bəyanat ABŞ-nin yaxın 24 saat ərzində İrana mümkün zərbələr endirə biləcəyi, eləcə də Amerika qoşunlarının Yaxın Şərqdəki hərbi bazalardan çıxarılması ilə bağlı xəbərlərin yayıldığı bir vaxta təsadüf edir.
Kübra Musayeva
18:22 15.01.2026
Oxunuş sayı: 1483