İran böhranı BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu gün, yanvarın 15-də BMT Təhlükəsizlik Şurasında İrandakı vəziyyətlə bağlı brifinq keçirməyi planlaşdırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, iclas Nyu-York vaxtı ilə saat 15:00-a (GMT ilə 20:00) təyin olunub və ABŞ-nin tələbi ilə çağırılıb. Brifinqin keçirilməsi İranda davam edən ölkəmiqyaslı etirazlar, zorakılıqla bağlı yayılan məlumatlar və regional təhlükəsizlik narahatlıqları fonunda artan gərginliklə əlaqələndirilir.
Bildirilir ki, iclas zamanı üzv ölkələrə İrandakı son inkişaflar barədə məlumat veriləcək və mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizliyə mümkün təsirləri müzakirə olunacaq.
Kübra Musayeva
18:16 15.01.2026
Oxunuş sayı: 1330