Əraqçi etiraz aksiyalarında ölənlərin sayının şişirdildiyini bildirib
İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə baş verən hadisələrlə bağlı ölənlərin sayı barədə yayılan məlumatlara münasibət bildirib.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
Əraqçi qeyd edib ki, həlak olanların sayı iddia edildiyi kimi minlərlə deyil və “cəmi yüzlərlə” ölçülür. Onun sözlərinə görə, dəqiq rəqəmlər çox yaxın vaxtlarda, ehtimal ki, bu gecə açıqlanacaq.
Nazir vurğulayıb ki, bəzi mənbələr tərəfindən səsləndirilən rəqəmlər şişirdilmiş xarakter daşıyır və bunun məqsədyönlü dezinformasiya kampaniyasının tərkib hissəsi olduğunu bildirib.
Kübra Musayeva
18:12 15.01.2026
Oxunuş sayı: 1160