Vladimir Solovyov beynəlxalq qalmaqaldan sonra efirdə görünmür
Rusiyalı teleaparıcı Vladimir Solovyov son həftələrdə efirdə görünmür. Onun “Vechər s Vladimirəm Solovyovım” proqramı “Rossiya-1” kanalında yayımlanmır, səhər efirlərini isə digər jurnalistlər aparır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Rusiya prezident aparatı rəhbərinin birinci müavini Aleksey Qromov onun istefasını bloklayıb. Solovyovun Mərkəzi Asiya ölkələrində “Xüsusi Hərbi Əməliyyat”ın keçirilməsini müdafiə edən açıqlamaları Kremlin və Xarici İşlər Nazirliyinin narazılığına səbəb olub.
Nəzrin Abbas
17:58 15.01.2026
Oxunuş sayı: 1144