Makron Avropaya maraqlı təklif verib
Fransa prezidenti Emmanuel Makron Avropanın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Makron bildirib ki, Avropa ölkələri qısa müddətdə Rusiyanın Oreşnik tipli silahlarına bənzər müasir hərbi vasitələr əldə etməlidir. Onun sözlərinə görə, mövcud geosiyasi şərait Avropanı müdafiə imkanlarını sürətlə gücləndirməyə məcbur edir.
Fransa prezidenti vurğulayıb ki, Avropa artıq yalnız diplomatik mexanizmlərlə kifayətlənə bilməz və potensial təhdidlərə qarşı effektiv cavab verə biləcək hərbi texnologiyalara malik olmalıdır. Makron əlavə edib ki, bu istiqamətdə qərarların gecikdirilməsi Avropanın təhlükəsizliyini risk altına qoya bilər.
Qeyd edək ki, Makronun bu açıqlaması Rusiya ilə Qərb arasında artan gərginlik və silahlanma balansı ətrafında müzakirələrin intensivləşdiyi bir dövrdə səsləndirilib.
Kübra Musayeva
17:51 15.01.2026
Oxunuş sayı: 1151