ABŞ prezidenti Donald Tramp İrandakı vəziyyətlə bağlı gözlənilməz açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, Vaşinqtona daxil olan son məlumatlara əsasən, İranda qətllər dayandırılıb və etirazçılarla bağlı edamların həyata keçirilməsi planlaşdırılmır.
ABŞ prezidenti qeyd edib ki, əldə olunan bu məlumatlar İranda vəziyyətin müəyyən qədər sabitləşdiyini göstərir. Bununla belə, o, proseslərin diqqətlə izlənildiyini və rəsmi Vaşinqtonun regiondakı inkişafları yaxından izləməkdə davam etdiyini vurğulayıb.
Qeyd edək ki, Trampın bu açıqlaması İranda baş verən daxili hadisələr və beynəlxalq ictimaiyyətin Tehrana yönəlik narahatlıqları fonunda səsləndirilib.
Kübra Musayeva