ABŞ İrana hücum ETMƏYƏCƏK
İranın Pakistandakı səfiri Reza Amiri bildirib ki, ABŞ prezidenti Donald Tramp İrana ölkəyə hərbi hücum həyata keçirməyəcəyi barədə məlumat verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfirin sözlərinə görə, bu mesaj Ağ Ev tərəfindən Tehrana çatdırılıb. Eyni zamanda Vaşinqton bunun müqabilində İran rəhbərliyini təmkinli davranmağa çağırıb.
Qeyd olunub ki, tərəflər arasında gərginliyin artdığı bir dövrdə səslənən bu mesaj bölgədə mümkün eskalasiyanın qarşısını almağa yönəlib. ABŞ administrasiyasının məqsədi vəziyyətin nəzarətdən çıxmaması və diplomatik kanalların açıq saxlanılması kimi qiymətləndirilir.
Kübra Musayeva
17:29 15.01.2026
Oxunuş sayı: 1227