Putinin şəkli olan plakat qalmaqala səbəb oldu
Rusiyada bahalaşma ilə bağlı ölkə prezidenti Vladimir Putinin təsviri yer alan plakat qalmaqala səbəb olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, “Rus İcması” adlı radikal qruplaşmanın üzvləri spirtli içki almaq üçün getdikləri mağazada plakatı görərək etiraz ediblər. Putinin bulanıq təsviri və üzərində yer alan “2026-cı ildə qiymət artımı bu adamın hərəkətlərinin nəticəsidir. Öz minnətdarlığınızı bildirməkdən çəkinməyin” məzmunlu yazı onları qəzəbləndirib.
Radikallar elanın dərhal götürülməsini tələb etsələr də, mağaza satıcısı plakatı özü yerləşdirmədiyini və buna görə məsuliyyət daşımadığını bildirib. Satıcının bu mövqeyi tərəflər arasında mübahisəyə səbəb olub.
Hadisə Rusiyada artan qiymətlər və sosial narazılıqlar fonunda baş verib və sosial şəbəkələrdə də geniş müzakirələrə yol açıb.
Kübra Musayeva
17:18 15.01.2026
Oxunuş sayı: 1113