ABŞ təhdid etdi: Britaniya Qrenlandiyaya 1 nəfər hərbçi göndərdi
Britaniya ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi iddialar fonunda adaya bir hərbçi göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.
Məlumata görə, Britaniyanın bu addımı Qrenlandiya ətrafında artan geosiyasi diqqət və təhlükəsizlik narahatlıqları ilə əlaqələndirilir. Qeyd olunur ki, Britaniya hərbi zabiti bölgədəki vəziyyəti yerində izləmək və müttəfiqlərlə koordinasiyanı gücləndirmək məqsədilə göndərilib.
Nəşr xatırladır ki, bundan əvvəl Norveç Qrenlandiyaya iki hərbi qulluqçu göndərib. Eyni zamanda Almaniya 13 hərbçi, Fransa isə dəqiq sayı açıqlanmayan hərbi personalı bölgəyə yerləşdirib.
Məlumatda vurğulanır ki, Qrenlandiya Arktika bölgəsində strateji mövqeyə malikdir və böyük dövlətlərin artan marağı fonunda beynəlxalq diqqət mərkəzində qalmaqda davam edir.
16:44 15.01.2026
Oxunuş sayı: 1204