Təyyarədə bomba həyəcanı: TƏCİLİ eniş edildi
Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi göyərtədə bomba təhlükəsi ilə bağlı siqnal daxil olduqdan sonra İspaniyanın Barselona hava limanına məcburi eniş edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, insidentdən sonra dərhal təhlükəsizlik protokolları işə salınıb və müvafiq xidmətlər təyyarədə vəziyyəti qiymətləndirməyə başlayıb. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi prioritet olaraq təmin edilib.
İspaniya hava limanlarının operatoru AENA “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, hadisəyə baxmayaraq Barselona hava limanı adi rejimdə fəaliyyətini davam etdirir və uçuş qrafikində ciddi pozuntu qeydə alınmayıb.
Hazırda hadisənin detalları araşdırılır, təhlükənin real olub-olmaması ilə bağlı rəsmi məlumatın açıqlanacağı gözlənilir.
Kübra Musayeva
16:27 15.01.2026
Oxunuş sayı: 1204