Fatih Erbakandan çağırış: Türkiyədəki ABŞ hərbi bazaları dərhal bağlanmalıdır
Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan Türkiyədə fəaliyyət göstərən ABŞ-yə məxsus hərbi bazaların bağlanmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə türk mənbələri məlumat yayıb.
Belə ki. O, İncirlik Hərbi Hava Bazasının fəaliyyətinin dayandırılmasının vacibliyini bildirib.
Fatih Erbakan qeyd edib ki, NATO üzvü olan Danimarkanın suverenliyində olan Qrenlandiyaya belə iddia edən ABŞ Türkiyə üçün etibarlı dost və müttəfiq ola bilməz.
Onun sözlərinə görə, sözügedən bazalar Türkiyənin milli maraqlarına xidmət etmir, əksinə düşmən qüvvələrə kəşfiyyat məlumatlarının ötürülməsində rol oynayır.
“Sıra bizə çatmamış Kürecik Radar Bazası da, İncirlikdə yerləşən Amerika bazası da bağlanmalıdır. Bir daha xəbərdarlıq edirik: düşmənə kəşfiyyat təmin edən ABŞ bazalarını artıq bağlayın”, – deyə Rifah Partiyasının sədri vurğulayıb.
15:56 15.01.2026
Oxunuş sayı: 1483