İsrail İrandakı mitinqçilərə pul ödəyirmiş
İranın müdafiə naziri Azis Nasirzadə bildirib ki, ölkədə baş verən iğtişaşlar zamanı üsyançılara ödənişlər həyata keçirilib. Nazir açıqlamasında qeyd edib ki, üsyançılar insanları öldürdükdə 3.500 dollar, avtomobilləri yandırdıqda təxminən 1.500 dollar, polis məntəqələrini yandırdıqda isə təxminən 500 dollar alıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Həmçinin, nazir ABŞ, İsrail rejimi və bəzi müttəfiqlərinin separatçı və terrorçu qruplara yardım göstərmək üçün xüsusi mərkəz yaratdıqlarını bildirib.
15:31 15.01.2026
Oxunuş sayı: 1289