Rusiyalı deputatdan çağırış: MİQRANTLARI QOVUN
Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov miqrantları təhqir edib və onların ölkəyə köçünü mənfi şəkildə qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mironov bildirib ki, miqrant ailələrinin Rusiyaya köçü kənd və qəsəbələrin yaradılmasına bənzədilə bilər. Deputatın sözlərinə görə, “Yaxın xaricdən gələnlərin ailə üzvləri ilə birləşməsi müəyyən müddət üçün təşkil olunmuş işçi qüvvəsinin cəlb olunması ideyasına ziddir”.
15:27 15.01.2026
Oxunuş sayı: 1349