Casus qalmaqalı: Britaniya kəşfiyyatçısı ifşa olundu
Rusiya Federal Təhlükəsizlik Xidməti Britaniya xüsusi xidmət orqanlarının əməkdaşının səfirlik işçisi adı altında fəaliyyət göstərdiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs Rusiyada akkreditasiyadan məhrum edilib və iki həftə ərzində ölkəni tərk etməlidir.
Hadisə ilə əlaqədar Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Nigar Yahyazadə
14:50 15.01.2026
Oxunuş sayı: 1972