ŞOK QƏRAR: HƏMAS silahı buraxmağa hazırdı
ABŞ prezidenti Donald Trampın Qəzza sektoruna dair ikinci mərhələ sülh planının elanından sonra HƏMAS silahsızlanmağa hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Belə ki, İsrail Qəzzadakı son girovun qalıqlarının hələ də ərazidə olmasına görə ikinci mərhələyə keçməyə “istəksiz” razılıq verib, Lakin bu, sülh sazişindən imtina üçün kifayət qədər səbəb deyil.
ABŞ rəsmiləri bildirirlər ki, Qəzzanın demilitarizasiyası mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə HƏMAS-ın yeraltı tunellər və silah zavodları kimi “terror infrastrukturu” məhv ediləcək. Daha sonra ağır silahlar, o cümlədən RPG-lər, raketlər və mərmilər təhlükəsiz yerlərdə saxlanacaq ki, İsrailə qarşı istifadə oluna bilməsin. Eyni zamanda, texnokratik hökumətin nəzarətində ictimai asayişi təmin edən və silah üzərində monopoliyaya sahib Qəzza Polisi yaradılacaq.
Həmçinin ABŞ və İsrail HƏMAS döyüşçüləri üçün amnistiya proqramları üzərində də müzakirələr aparır. Bu proqram silahını təhvil verən və hərbi fəaliyyətini dayandıran döyüşçülərə təhlükəsizlik təminatı verəcək.
14:45 15.01.2026
Oxunuş sayı: 1646