Ağır cinayətlərin sayı maksimum həddə çatıb
2025-ci ildə Rusiyada 627,9 min ağır və xüsusilə ağır cinayət qeydə alınıb.
Crossmedia.az bu barədə rus mediasına istinadən xəbər verir.
Bu göstərici son 15 ilin ən yüksək səviyyəsidir. Daha yüksək rəqəm isə yalnız 2010-cu ildə (684,3 min cinayət) qeydə alınmışdı.
Məlumata görə, müharibənin başlamasından sonra ağır cinayətlərin sayı ardıcıl üçüncü ildir artmaqdadır. Bununla belə, artım tempi tədricən zəifləyir: 2023-cü ildə artım 9,7 faiz, 2024-cü ildə 4,8 faiz, 2025-ci ildə isə 1,7 faiz təşkil edib.
Ən kəskin artım sosial-iqtisadi baxımdan zəif bölgələrdə müşahidə olunub. Xüsusilə Uzaq Şərq regionları və Dağıstan ağır cinayətlərin artımı ilə seçilir.
Nigar Yahyazadə
14:40 15.01.2026
Oxunuş sayı: 1515