İran diplomatlarının Avropa Parlamentinə girişi qadağan edildi
Avropa Parlamentinin prezidenti Roberta Metsola bildirib ki, İran diplomatlarının Avropa Parlamentinə girişi qadağan olunacaq.
Qadağa Brüssel, Strasburq və Lüksemburqdakı parlament binalarına şamil ediləcək.
Crossmedia.az "Politico"-ya istinadən xəbər verir.
Metsola qeyd edib ki, bu addım İran rejiminin etirazlara qarşı qəddar müdaxiləsinə cavab olaraq atılır və “İran xalqı bu parlamentin dəstəyinə, həmrəyliyinə və addımlarına arxalanmağa davam edə bilər”.
21:06 13.01.2026
Oxunuş sayı: 1094