Əraqçi Aİ-ni tənqid etdi
İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində paylaşım edərək Avropa Parlamentinin İsrailə münasibətdə tutduğu mövqeyini tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Əraqçi bildirib ki, Qəzzada 70 mindən çox fələstinlinin həyatını itirdiyi və iki ildən artıqdır davam edən soyqırım Avropa Parlamentini İsrailə qarşı heç bir real addım atmağa vadar etməyib. Onun sözlərinə görə, hərbi cinayətlərdə ittiham olunaraq Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan İsrailin baş naziri Benyamin Netanyahu Avropanın hava məkanı üzərindən sərbəst şəkildə hərəkət edir.
Nazir qeyd edib ki, bunun əksinə olaraq, İranda cəmi bir neçə gün davam edən zorakı iğtişaşlar Avropa Parlamentinin iranlı diplomatların öz parlamentinə girişini qadağan etməsi üçün kifayət edib. Əraqçi vurğulayıb ki, insanlar baş verənləri aydın şəkildə görür və İran Avropa İttifaqı ilə düşmənçilik axtarmasa da, tətbiq edilən istənilən məhdudiyyətə qarşılıq verəcək.
19:41 13.01.2026
Oxunuş sayı: 1237