Qazaxıstan rəsmisi ABŞ-nin İranla bağlı qərarına münasibət bildirib
Qazaxıstan ABŞ-nin İranla ticarətə tarif tətbiqi planınına münasibət bildirib.
Crossmedia.az bu barədə "Tengrinews.kz"a istinadən xəbər verir.
Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi ABŞ-nin İranla ticarət edən ölkələrə 25% gömrük rüsumu tətbiq edə biləcəyi açıqlaması barədə danışıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, mümkün tədbirlərin təfərrüatları hələlik məlum deyil və buna görə də müxtəlif ssenarilər qiymətləndirilir. Qazaxıstan beynəlxalq ticarət-iqtisadi öhdəliklərini ardıcıl şəkildə yerinə yetirir və xarici iqtisadi siyasətdə balanslaşdırılmış, praqmatik yanaşmanı davam etdirir.
18:20 13.01.2026
Oxunuş sayı: 930