Müdafiə naziri bu xəbəri təkzib etdi
Ermənistanın müdafiə naziri Suren Papikyan Qaragöl yaxınlığında Azərbaycan postundan keçən erməni əsgərlərin yoxlanılmasını təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Papikyan mətbuat konfransında dediklərinə görə, erməni hərbçilər yalnız postun yanından keçirlər və heç bir yoxlama aparılmayıb. Nazir əlavə edib ki, məsələ ya mövqedən imtina, ya da Azərbaycan dayaq məntəqəsinin yanından keçməkdir və bu mərhələdə heç bir problem yoxdur.
Papikyan sərhədin qeyri-müəyyən ərazilərinə dair suallara cavab olaraq qeyd edib ki, bu məsələ delimitasiya və demarkasiya komissiyalarının səlahiyyətinə daxildir.
Kübra Musayeva
18:05 13.01.2026
Oxunuş sayı: 1095