Türkiyə 15 yaşdan kiçik uşaqların süni intellektdən istifadəsini qadağan etməyə hazırlaşır.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, bu qərar son aylarda məktəblilər arasında sinif yoldaşlarının şəkillərini nalayiq şəkillərə çevirmək üçün süni intellektdən istifadə hallarının artması və ictimai etirazlara səbəb olması ilə bağlıdır.
Yeni tənzimləmə süni intellektdən istifadə etməklə törədilən real həyatda cinayətləri də əhatə edəcək. Buraya fırıldaqçılıq, təhqir, şəxsi hüquqların pozulması və terror təbliğatı kimi hallar daxildir.
Səlahiyyətlilər qeyd edirlər ki, tədbirlər əsasən uşaqları süni intellekt texnologiyalarının vura biləcəyi zərərlərdən qorumaq məqsədini daşıyır.
Kübra Musayeva