İranda vəziyyət GƏRGİNLƏŞİR – ABŞ Yaxın Şərqdəki bazalarını hazır vəziyyətə gətirdi
İrandakı vəziyyətlə bağlı Yaxın Şərqdə yerləşən ABŞ bazaları və bölgədəki 40 mindən çox əsgər gələcək mümkün hücum və cavab tədbirlərinə qarşı yüksək hazırlıq vəziyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Məlumata görə, son günlərdə ABŞ Hərbi Hava Qüvvələrinin İran ətrafında fəaliyyəti artıb. 11 yanvar tarixində Qətərdəki Əl-Udeid Hava Bazasından üç Stratotanker tankeri havaya qalxaraq İran sərhədinə yaxın İraq üzərində 6-9 saatlıq uçuş edib.
Mənbələr gərginliyin yaxın həftələrdə artacağı ehtimalını istisna etmirlər.
Nəzrin Abbas
17:40 13.01.2026
Oxunuş sayı: 1084