Oktay Kaynarca saxlanıldıqdan sonra ilk dəfə danışdı: Alnım açıqdır
Türkiyədə saxlanılan məşhur aktyor Oktay Kaynarca ilk dəfə danışıb.
Crossmedia.az -ın türk mediasına istinadən verdiyi xəbərə görə, “Kurtlar Vadisi”, “Adanalı”, “Kardeş Payı” və “Ben Bu Cihana Sığmazam” kimi seriallarla tanınan Kaynarca bildirib ki, “Alnım açıq, başım dikdir”.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun narkotiklərə qarşı genişmiqyaslı əməliyyatı çərçivəsində aktyor və müğənni Emel Müftüoğlu da daxil olmaqla altı nəfər saxlanılıb.
17:27 13.01.2026
Oxunuş sayı: 1442