Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan gözlənilməz açıqlaması ilə gündəmə gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, rusiyapərəst mövqeyi ilə tanınan Vanetsyan bu dəfə Kremlin təbliğatçısı Vladimir Solovyovun Ermənistanla bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Daha əvvəl Solovyovun efirində Krımı Rusiya ərazisi kimi təqdim edən Vanetsyan, bu dəfə Ermənistan Respublikasının suverenliyi və təhlükəsizliyi məsələsində kəskin mövqe ortaya qoyub. O bildirib ki, kim Ermənistanın dövlət müstəqilliyinə və təhlükəsizliyinə xələl gətirən açıqlamalar verirsə, “həmin adamın dili kəsilməlidir”.