Cənubi Koreya prezidenti Yun Sok-yol dövlətə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, istintaq orqanları prezidentin dövlətin təhlükəsizliyinə zərər vura biləcək qərarlarda iştirak etdiyini və səlahiyyətlərini aşaraq şəxsi və siyasi maraqlar güddüyünü iddia edir. Həbs qərarı məhkəmənin icazəsi əsasında həyata keçirilib.
Hazırda iş üzrə istintaq davam edir. Rəsmi Seul hadisə ilə bağlı əlavə açıqlama verməyib. Prezidentin vəzifədən müvəqqəti uzaqlaşdırılması və ölkədə siyasi proseslərin gedişatı ilə bağlı qərarların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.