Fransada vəziyyət qarışdı: Traktorlar küçələrdə
Avropa İttifaqı ilə Cənubi Ümumi Bazar (Mercosur) arasında azad ticarət sazişinə qarşı Fransa fermerlərinin kütləvi etirazı zamanı Parisin mərkəzində yüzlərlə traktor yolları bağlayıb.
Crossmedia.az "TASS"a istinadən xəbər verir ki, polis mitinqdə təxminən 350 traktorun iştirak etdiyini bildirir və asayişi qorumaq üçün bəzi mərkəzi yolları müvəqqəti bağlayıb.
Fermerlər bildiriblər ki, kənd təsərrüfatı dərin böhran içindədir və hökumətin onların tələblərinə cavab verməsi üçün təzyiq göstərmək məqsədilə küçələrə çıxıblar. Onlar Fransa prezidenti Emmanuel Makronun Aİ-Mercosur sazişinin əleyhinə səs verəcəyinə baxmayaraq, səlahiyyətlilərin sazişin imzalanmasının qarşısını almaq üçün kifayət qədər tədbir görmədiyini vurğulayıblar.
Kübra Musayeva
15:38 13.01.2026
Oxunuş sayı: 1236