İranda keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla təxminən 2,000 nəfər həlak olub.
Crossmedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
İranın müxalifət mediası isə daha yüksək rəqəm açıqlayaraq, 12,000 nəfərin öldüyünü bildirir.
Hadisələr ölkədəki sosial gərginliyi artırıb və beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıqla izlənilir.