Rza Pəhləvi ilə bağlı maraqlı məqamlar üzə çıxıb
İranın keçmiş şahının oğlu Rza Pəhləvi ilə bağlı maraqlı və gülməli məqamlar üzə çıxıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Atasından fərqli olaraq, onun rəsmi statusu və taxt-tac iddiası yoxdur; nə vəliəhd, nə də sürgündəki hökmdardır.
Rza Pəhləvi heç vaxt rəsmi şəkildə taxta çıxmayıb. 1906-cı il Konstitusiyasının 39-cu maddəsinə əsasən, hakimiyyət kişi nəsli ilə ötürülür və qanuni varis Padişahın İran əsilli ana tərəfindən böyük oğludur.
Sızan məlumatlara görə, Rza Pəhləvi həm də Monako və ABŞ vətəndaşıdır. Onun atasının keçmiş həyat yoldaşı Soraya Məhəmməd Rza Pəhləviyə oğul övlad dünyaya gətirə bilmədiyi üçün boşanıb. Rza Pəhləvinin isə ümumiyyətlə oğlu yoxdur, yalnız üç qızı var.
Beləliklə, sülalə qanunları baxımından onun “şahzadə” statusu nə rəsmi, nə də qanunidir. Taxt iddiası isə mövcud deyil.
14:37 13.01.2026
Oxunuş sayı: 1657