İranda etirazçılar üçün edam əmri verildi
İranda etiraz aksiyalarında iştirak edən şəxslərə qarşı edam hökmlərinin icrasına başlanıldığı bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinafdən xəbər verir.
Məlumata görə, 26 yaşlı Erfan Soltani yanvarın 8-də saxlanılıb və onun edamı 14 yanvara təyin edilib.
Erfan Soltaninin ailəsinə hökmün qəti olduğu bildirilib. Qeyd olunur ki, saxlanılan şəxsə vəkil təmin edilməyib.
Məlumatlar ölkədə etirazçılara qarşı repressiyaların daha da sərtləşdirildiyini göstərir.
14:28 13.01.2026
Oxunuş sayı: 988