Suriya ordusu Fərat çayının qərbini hərbi bölgə elan etdi
Suriya ordusu Fərat çayının qərbində PKK/SDG-nin nəzarətində olan əraziləri rəsmən hərbi bölgə elan edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Yerli mənbələrin məlumatına görə, yaxın vaxtlarda həmin ərazidə terrorçu ünsürlərə qarşı genişmiqyaslı əməliyyatın başlanması gözlənilir.
Mütəxəssislər bildirirlər ki, bu addım bölgədə hərbi gərginliyi artırmaqla yanaşı, təhlükəsizlik və nəzarət siyasətinin sərtləşdirilməsinə xidmət edir.
14:20 13.01.2026
Oxunuş sayı: 1184