Ermənistan və ABŞ birgə bəyanat imzalayacaq
Ermənistan və ABŞ Tramp Marşrutu Təşəbbüsünün (TRIPP) həyata keçirilməsinə dair birgə bəyanat imzalayacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 13-14-də ABŞ-yə səfəri zamanı, dövlət katibi Marko Rubio ilə görüşündə qəbul ediləcək. TRIPP layihəsi daha əvvəl Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən danışıqlardan sonra razılaşdırılıb.
14:07 13.01.2026
Oxunuş sayı: 1167