Bir neçə dəqiqə əvvəl Qara dənizdə Novorossiysk yaxınlığında Yunanıstanın “Delta Harmony” adlı tankerinə iki pilotsuz təyyarənin hücum etdiyi bildirilir.
Crossmedia.az Fighterbomber hərbi kanalına istinadən xəbər verir ki, hücum nəticəsində gəmi yanmağa başlayıb və vəziyyət hələ tam nəzarət altına alınmayıb. Tankerin ekipajının təhlükəsizliyi ilə bağlı dəqiq məlumat verilməyib, amma yerli və beynəlxalq sahil təhlükəsizliyi xidmətləri hadisəyə reaksiya göstərdiklərini açıqlayıblar.
“Delta Harmony” tankeri neft məhsullarının daşınması ilə məşğuldur və hücum Qara dənizdə ticarət və enerji nəqliyyatına təhlükə yarada bilər.
Hadisə ilə bağlı beynəlxalq ictimaiyyət və Yunanıstan hökuməti vəziyyəti yaxından izləyir və tankerin yanğın təhlükəsizliyi üçün tədbirlər görülür.
Kübra Musayeva