Rusiya ordusunda ŞOK FAKTLAR: Əsgərlər işgəncəyə və zorlamaya məruz qalır
Rusiya ordusunda ciddi qalmaqal yaşanır. Prezident Vladimir Putinin dekabrın 17-də “Heç kimin Rusiyanın ordusu kimi ordusu yoxdur” bəyanatına baxmayaraq, ortaya çıxan faktlar bu iddiaların reallıqla üst-üstə düşmədiyini göstərir.
Crossmedia.az Rusiyanın “Astra” nəşrinə istinadən xəbər verir ki, Primorsk diyarının Ussuriysk şəhərində yerləşən 143-cü motoatıcı alayda (21634 saylı hərbi hissə) əsgərlər sistematik şəkildə işgəncələrə, zorlamalara və qəsb hallarına məruz qalırlar. Bu faktlar Rusiya Silahlı Qüvvələri daxilində dərin böhran və qeyri-insani davranışların mövcudluğunu üzə çıxarır.
Döyülmüş əsgərlərin videosunu yayımlayan yerli hüquqşünas Maksim Çixunov bildirib ki, icazəsiz hərbi hissəni tərk etmiş kimi qeydə alınan əsgərlər komandirlərə pul ödəməkdən imtina etdikləri üçün qəfəslərə salınır, döyülür və cinsi zorakılığa məruz qalırlar.
Zərərçəkənlərdən biri 300 min rubl pul tələb edildiyini, bu məqsədlə dildo ilə zorlandığını və nəticədə bir gözünü itirdiyini deyib. Məlumata görə, əsgərlər “sıfırlama” adlanan üsulla hədələnir — yəni ağır xəsarətləri, hətta amputasiya olunmuş əzaları olsa belə, məcburi şəkildə Ukrayna cəbhəsinə göndərilirlər.
Hadisə Putinin “dünyanın ən yaxşı ordusu” adlandırdığı Rusiya Silahlı Qüvvələrində korrupsiya, sadizm və insan həyatına tam etinasızlığın hökm sürdüyünü bir daha gündəmə gətirib.
12:55 13.01.2026
Oxunuş sayı: 1105