Maskdan sensasiyalı ETİRAF: SpaceX-i yadplanetlilərlə əlaqə qurmaq məqsədi ilə yaratmışam
Amerikalı milyarder və SpaceX şirkətinin qurucusu İlon Mask şirkətin əsas məqsədləri ilə bağlı sensasiyalı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mask bildirib ki, SpaceX-in yaradılmasında məqsəd yalnız kosmos tədqiqatları deyil, həm də elmi fantastikanı reallığa çevirməkdir. Onun sözlərinə görə, “SpaceX-in məqsədləri haqqında bir az danışmaq istəyirəm. Biz ‘Ulduz Trek’i reallığa çevirmək istəyirik. Ulduz Donanması Akademiyasını gerçəyə çevirmək niyyətindəyik. Bu, indi elmi fantastika kimi görünə bilər, lakin bir gün elmi fantastika elmi həqiqətə çevriləcək”.
Maskın bu açıqlaması sosial mediada və beynəlxalq mətbuatda geniş müzakirələrə səbəb olub. Açıqlama bəzi dairələr tərəfindən yadplanetli həyatla bağlı dolayısı mesaj kimi dəyərləndirilir.
Kübra Musayeva
12:21 13.01.2026
Oxunuş sayı: 1544