Xamenei ilə ABŞ senatoru arasında sosial mediada sərt polemika yaşanıb
İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə ABŞ senatoru Lindsi Qrem arasında sosial şəbəkələrdə qarşılıqlı ittihamlarla müşayiət olunan mübahisə yaşanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ayətullah Xamenei paylaşımında bildirib ki, böyük İran xalqı düşmənləri qarşısında öz qətiyyətini və kimliyini nümayiş etdirdi. O, bu addımı Amerika siyasətçilərinə xəbərdarlıq kimi dəyərləndirərək, onların “hiyləgər hərəkətlərinə son qoymalı və xain muzdlularına arxalanmaqdan imtina etməli olduqlarını” vurğulayıb.
Xameneinin bu açıqlamasına ABŞ senatoru Lindsi Qrem sosial mediada sərt və istehzalı cavab verib. Qrem paylaşımında Ayətullaha müraciətlə “Biz artıq əvvəlki kimi çox danışmırıq. Səni incitdim?” ifadəsini işlədib. O, həmçinin Xameneinin Amerika siyasətçilərinə ünvanladığı “son xəbərdarlığa” toxunaraq, “Moskvanın qış möcüzəsi olduğunu eşitmişəm. Dronlardan çəkinin” deyə yazıb və “İranı yenidən böyük et” ifadəsi ilə paylaşımını tamamlayıb.
Qarşılıqlı açıqlamalar beynəlxalq ictimaiyyətdə diqqətlə izlənir və ABŞ–İran münasibətlərində artan gərginliyin daha bir göstəricisi kimi qiymətləndirilir.
12:10 13.01.2026
Oxunuş sayı: 1002