Gürcüstandan Azərbaycan vətəndaşları deportasiya edilib
Son günlər ərzində Gürcüstandan 27 əcnəbi, o cümlədən Azərbaycan vətəndaşları, deportasiya olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. Deportasiya edilən şəxslər arasında Türkiyə, Hindistan, Çin, Tayland, Türkmənistan, Almaniya, Pakistan, Misir, İsrail və Liviya vətəndaşları da var.
Onların Gürcüstan qanunvericiliyinə uyğun olaraq ölkəyə girişi qadağan edilib.
Nəzrin Abbas
12:00 13.01.2026
Oxunuş sayı: 1501