Kanadanın Toronto şəhərində İranda baş verən etirazlara dəstək məqsədilə aksiya keçirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, aksiya zamanı "Panfars Pəhləvi" hərəkatının tərəfdarları mitinqdə iştirak edən Güney Azərbaycandan olan fəala hücum ediblər. Hadisə aksiyada gərginliyə səbəb olub.
Baş verən insidentlə əlaqədar polis əməkdaşları vəziyyətə müdaxilə edib, tərəfləri ayırıblar. Hücumun təfərrüatları və xəsarət alanların olub-olmaması ilə bağlı əlavə məlumat verilməyib.
Kübra Musayeva