ABŞ-dən vətəndaşlarına TƏCİLİ ÇAĞIRIŞ: İranı Türkiyə və Ermənistan üzərindən tərk edin
ABŞ hökuməti öz vətəndaşlarını Türkiyə və Ermənistan vasitəsilə İran ərazisini tərk etməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, təhlükəsizlik risklərinin artması fonunda ABŞ vətəndaşları mümkün kommunikasiya kəsintilərinə hazır olmalı, alternativ əlaqə vasitələri planlaşdırmalı və bunu təhlükəsiz şəkildə həyata keçirmək mümkün olarsa, İrandan çıxış imkanlarını dəyərləndirməlidirlər.
Qeyd olunub ki, ABŞ və İran ikili vətəndaşlığına malik şəxslər ölkəni tərk edərkən İran pasportlarından istifadə etməlidirlər.
Kübra Musayeva
11:55 13.01.2026
Oxunuş sayı: 1547